Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub

© Sputnik / Vladimir ZhdanovichДень культуры и традиций Азербайджана в Минске
День культуры и традиций Азербайджана в Минске - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan nümayəndələri Belarus paytaxtında öz məharətlərini nümayiş etdiriblər

BAKI, 21 iyun — Sputnik. Minskdə keçiriləcək İkinci Avropa Oyunları çərçivəsində Azərbaycan Mədəniyyəti və Ənənələri Günü qeyd olunub.

Sputnik Belarus xəbər verir ki, qonaqlar İdman Sarayının yanında təşkil olunmuş fan-zonada keçirilən tədbirə saatlar əvvəl gəlməyə başlayıblar, onların çoxunun əlində isə artıq çay və şirniyyat olub.

Nar simvolu

Tədbir zamanı fan-zonada açılmış pavilyonda qonaqlara dadlı yeməklər təklif olunub.

"Azərbaycanın Astara çayını, şirniyyatını qonaqlara paylayırıq. Narı isə yarmışıq – Birinci Avropa Oyunlarında olduğu kimi, bu, bir simvoldur", - tədbirin təşkilatçılarından biri deyib.

© Sputnik / Vladimir ZhdanovichBayramın qonaqları üçün pavilyonda belə bir süfrə təşkil olunub
Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub - Sputnik Azərbaycan
Bayramın qonaqları üçün pavilyonda belə bir süfrə təşkil olunub

Fan-zonada Bakının keçirdiyi Avropa Oyunları haqqında fotosərgi də təşkil olunub. Fotoşəkillərin yanında isə milli alətlərdən və çaxırdan ibarət installyasiya quraşdırılıb.

Elə burada Sputnik Belarus-un müxbiri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə qarşılaşıb.

© Sputnik / Vladimir ZhdanovichBütün qonaqları dadlı şirniyyatlar gözləyirdi
Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub - Sputnik Azərbaycan
Bütün qonaqları dadlı şirniyyatlar gözləyirdi

"Minsk əla şəhərdir, - Hüseynzadə deyib. - Biz böyük məmnuniyyətlə estafeti sizə verdik və əminik ki, Belarus bu vəzifənin öhdəsindən gələcək, Oyunları, prezidentinizin də söz verdiyi kimi, ən yüksək səviyyədə və həm də səmimiliklə keçirəcək. Düşünürəm ki, Oyunlar maraqlı olacaq, Avropanın bu Oyunlarda marağı var".

© Sputnik / Vladimir ZhdanovichAzərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları qarşılayır
Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub - Sputnik Azərbaycan
Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları qarşılayır

MOK rəsmisi bildirib ki, ən vacibi - idmançıların bir yerdə toplaşması və yarışların keçirilməsidir.

Daha sonra tədbir start götürüb.

Minskin mərkəzində ləzgihəngi

Fan-zonanın əsas səhnəsində quraşdırılmış ekranlarda Azərbaycanın mənzərələri, sonra isə Birinci Avropa Oyunlarından görüntülər nümayiş etdirilib.

© Sputnik / Vladimir ZhdanovichMinsk sakinləri tədbirləri maraqla izləyirlər
Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub - Sputnik Azərbaycan
Minsk sakinləri tədbirləri maraqla izləyirlər

Sonra isə səhnəyə çıxan Çingiz Hüseynzadə qonaqlara Azərbaycan Gününə gəldiklərinə görə təşəkkür edib.

© Sputnik / Vladimir ZhdanovichÇingiz Hüseynzadə gələn hər kəsə öz minnətdarlığını ifadə edib
Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub - Sputnik Azərbaycan
Çingiz Hüseynzadə gələn hər kəsə öz minnətdarlığını ifadə edib

Daha sonra Belarusda tanınmış müğənni Ruslan Aslanov Azərbaycanın Mədəniyyət və Ənənə Gününün başladığını bildirərək, "Nəlbəki" milli rəqsini ifa edən qadın kollektivini səhnəyə dəvət edib. Onların ardınca isə gənc rəqqaslar qaynar ləzgihəngi rəqsi ilə qonaqları sevindiriblər.

© Sputnik / Vladimir Zhdanovichİmtahan sessiyası olmağına baxmayaraq, tələbələr həmyerlilərini dəstəkləməyə gəliblər
Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub - Sputnik Azərbaycan
İmtahan sessiyası olmağına baxmayaraq, tələbələr həmyerlilərini dəstəkləməyə gəliblər

Ruslan Aslanov da səhnəyə çıxaraq bir neçə mahnı oxuyub.

Ulduzlu hədiyyə

Lakin Minsk sakinləri və qonaqları üçün əsl hədiyyə tanınmış müğənni və Oyunların ulduz səfiri Tünzalə Ağayevanın tədbirdə çıxışı olub.

© Sputnik / Vladimir ZhdanovichTünzalə Ağayeva ilk dəfə Minskdə tamaşaçıların qarşısına çıxıb
Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub - Sputnik Azərbaycan
Tünzalə Ağayeva ilk dəfə Minskdə tamaşaçıların qarşısına çıxıb

Tünzalə Ağayevanın Minskdə ilk çıxışına yüzlərlə şəhər sakini və qonaqlar gəlib.

© Sputnik / Vladimir ZhdanovichAzərbaycanlı müğənniyə qulaq asmaq üçün yerli və qonaq musiqi həvəskarları toplaşıblar
Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub - Sputnik Azərbaycan
Azərbaycanlı müğənniyə qulaq asmaq üçün yerli və qonaq musiqi həvəskarları toplaşıblar

Onun parlaq şousu ilə Azərbaycan Mədəniyyəti və Ənənələri Gününə yekun vurulub. Bu cür mədəniyyət və ənənə günləri Minskin idman sarayının yanında təşkil olunmuş fan-zonada hər gün keçiriləcək.

Xəbər lenti
0