02:49 14 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Şəhid zabitlə bağlı məsələ beynəlxalq təşkilatlarda qaldırılacaq

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
28 0 0

Əsədov diqqətə çatdrıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna məsələ ilə bağlı mövqeyini çatdırıb

BAKI, 31 may - Sputnik. “Erməni snayperinin atəşkəsi pozması nəticəsində Azərbaycanın şəhid olmuş zabiti Aqil Omarovla bağlı məsələnin beynəlxalq təşkilatlarda qaldırılması ilə bağlı tapşırıq verilib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O.Əsədov diqqətə çatdrıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna məsələ ilə bağlı mövqeyini çatdırıb: “Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni həmin qurumlarda yüksək səviyyədə qaldırsınlar”.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Əsas mövzular