00:38 21 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9143
Zəruri avadanlıqlarla təchiz olunmuş TTY maşınları, arxiv şəkli

İngilisdilli həkimlər Bakı xəstəxanalarında futbol fanatlarını gözləyir

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
219 0 0

Paytaxt xəstəxanalarında Bakıya gələn futbol komandaları və azarkeşlər üçün 200-dək çarpayı ayrılıb.

BAKI, 29 may — Sputnik. Bakıdakı tibb müəssisələrində Avropa Liqasının Londonun "Çelsi" və "Arsenal" klubları arasında keçiriləcək final matçında iştirak etmək üçün Bakıya gələn futbol komandaları və azarkeşlər üçün 200-dək çarpayı ayrılıb. Bundan əlavə, xəstəxanalarda ingilis dilini bilən həkimlər növbə çəkəcək.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxt xəstəxanaları 29 may saat 23:00-da Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final matçına hazırlıq vəziyyətinə gətirilib.

Belə ki, nazirlik tərəfindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək. Bundan başqa 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb.

Tədbir keçiriləcək müddətdə qeyd olunan xəstəxanalarda təcrübəli mütəxəssislərin (onların arasında ingilis dili bilən olmaqla) növbətçiliyi təşkil olunub. "9103 qaynar xətt" xidməti 24 saat gücləndirilmiş iş rejimində çalışacaq.

Əsas mövzular