CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatala sakini Cümhuriyyətimizin yadigarını göz bəbəyi kimi qoruyur

© Sputnik / Shahperi Abbasova. Zaqatala rayon Yengiyan kənd sakini Şaiq Əlixanovun evində saxladığı 1918-ci ildə dərc olunan qəzet
. Zaqatala rayon Yengiyan kənd sakini Şaiq Əlixanovun evində saxladığı 1918-ci ildə dərc olunan qəzet - Sputnik Azərbaycan
Abunə olmaq
Əlixanov qəzetin deformasiyaya uğramaması üçün onu çərçivəyə salıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28  may — Sputnik. 1918-ci il mayın 28-də müstəqilliyi elan olunmuş  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman Şərqinin ilk demokratik dövləti kimi tarixə düşüb. 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət hökumətinin Azərbaycan dövlətçilik tarixində əsaslı xidmətləri olub. Zaqatala rayon Yengiyan kənd sakini Şaiq Əlixanov evinin ən gözəl guşəsində  şanlı tariximizdən yadigar qalan qəzeti  saxlayır. Qəzet 1918-ci ildə dərc edilib. Sözügedən qəzet Azərbaycan Kənd Təsərrüfatını Nazirliyi tərəfindən nəşr edilib. Qəzetin əsas məzmunu kənd təsərrüfatı ilə məşğul olan insanlara verilən mal-qara, subsidiyaların sığortalanması haqqındadır. Qəzetin kənarında Azərbaycan bayrağının rəngləri əks olunub.

© Sputnik / Shahperi Abbasova. Zaqatala rayon Yengiyan kənd sakini Şaiq Əlixanovun evində saxladığı 1918-ci ildə dərc olunan qəzet
Zaqatala sakini Cümhuriyyətimizin yadigarını göz bəbəyi kimi qoruyur - Sputnik Azərbaycan
. Zaqatala rayon Yengiyan kənd sakini Şaiq Əlixanovun evində saxladığı 1918-ci ildə dərc olunan qəzet

Qeyd edək ki, Şaiq müəllim vaxtilə tarix müəllimi olub. Sonralar müəyyən səbəblərdən bu peşədən uzaqlaşıb. Lakin onun tarixə olan sevgisi dəyişməyib. Barəsində danışdığımız qəzet Şaiq müəllimin həmkəndlisinin ulu babasından qalıb: "Bir dəfə həmkəndlim mənə dedi ki, məndə belə bir qəzet var, mən də dedim o qəzeti sat mənə. Həmin vaxt mənim də maddi durumun yaxşı deyildi. Amma dedim ki, nə olursa olsun borc-xərc edib onu əldə etməliyəm. Mənim evimin ən gözəl guşəsində yer alıb"

"Cümhuriyyətimiz yaşasaydı bəlkə də bu gün dünyanın ən inkişaf etmiş ölkələri sırasında olardıq. Əfsus ki, belə olmadı. Amma bizdən sonra gələn nəsillər bu şanlı tariximizi bilməlidirlər. Ona görə də o dövrə aid olan hər şeyi göz bəbəyimiz kimi qorumalıyıq. Bu, hər birimizin mənəvi borcudur! "-deyə Ş. Əlixanov bildirdi.

© Sputnik / Shahperi Abbasova. Zaqatala rayon Yengiyan kənd sakini Şaiq Əlixanovun evində saxladığı 1918-ci ildə dərc olunan qəzet
Zaqatala sakini Cümhuriyyətimizin yadigarını göz bəbəyi kimi qoruyur - Sputnik Azərbaycan
. Zaqatala rayon Yengiyan kənd sakini Şaiq Əlixanovun evində saxladığı 1918-ci ildə dərc olunan qəzet

Əlixanov qəzetin deformasiyaya uğramaması üçün onu çərçivəyə salıb. Həmsöhbətimiz iddia edir ki, qəzetin başqa nüsxəsi yoxdur.

Məlumdur ki, Azərbaycanda 1929-cu ilə kimi əski ərəb qrafikalı əlifbadan istifadə olub. Şaiq Əlixanov qəzeti Zaqatala rayon Əliabad kənd mədrəsəsinin axundu Elçin Zamanova tərcümə etdirib.

Xəbər lenti
0