12:02 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Ordumuzun Naxçıvan istiqamətində mövqelərini tərk etməsi barədə fikirlər yalandır

© AR Müdafiə Nazirliyinin mətbuat xidməti
AZƏRBAYCAN
Qısa URL
1460 0 0

Hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistan hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır

BAKI, 24 may - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı polkovnik Andranik Piloyanın dövlət sərhədinin Naxçıvan sahəsindəki vəziyyətə dair səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan istiqamətində mövcud olan vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil. 

Qeyd olunub ki, hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistan hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır: “Düşmən döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd bəyanatlar verməklə ört-basdır etməyə çalışır və beləliklə də özlərini Azərbaycan xalqının qarşısında gülünc vəziyyətdə qoyurlar. O ki, qaldı Azərbaycan ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu mövqeləri guya təminat səbəbindən tərk etməsi barədə söylənilən absurd fikirlərə, bu da tam yalandır. Ermənistan tərəfindən fərqli olaraq, hazırda Azərbaycan əsgərinin yerləşdiyi yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin olunmasın. Həmin mövqelər kommunikasiya xətləri və mövsümə uyğun olaraq bütün təminat növləri ilə təchiz edilib”.

Əsas mövzular