22:21 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
374 0 0

Uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq

BAKI, 22 may — Sputnik. Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı-Sabunçu dəmir yolu xəttində gedişhaqqı 50 qəpik müəyyən edilib.  

İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Cavid Qurbanov AzTV-yə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. ADY isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən edib.

C.Qurbanovun sözlərinə görə, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq. Belə ki, bu yolu birbaşa getmək üçün 12 dəqiqə, sərnişinlərin minib-düşməsi ilə əlaqədar qatar hər stansiyada 1 dəqiqə dayanarsa, 15 dəqiqə lazımdır.

Əlaqədar

Abşeronda qatar qadını bir neçə yerə parçaladı
Bu qatar tunellərdən keçəcək: Qəbələyə dəmiryol xətti çəkilir
Sabunçu rayonunda yanğın olub
İlham Əliyev Sabunçu vağzalının açılışında iştirak edib
Teqlər:
Cavid Qurbanov, gediş haqqı, dəmir yolu, qatar

Əsas mövzular