Bakıya təbrik yağışı yağır

Abunə olmaq
Məktublarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə təbrik edilir

BAKI, 20 may — Sputnik. Qarşıdan gələn Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə xarici dövlət və hökumət başçılarından təbrik məktubları gəlməkdə davam edir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, b gün Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet, İsveçin Kralı XVI Karl Qustav, Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind, İraq Respublikasının Baş naziri Adil Abd Əl-Mehdi, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Koreya Respublikasının Prezidenti Mun Ce-indən Bakıya təbrik məktubları daxil olub.

Məktublarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə təbrik edilir, ona Azərbaycan xalqının firavanlığı və xoşbəxtliyi uğrunda uğurlar arzulanır.

Xəbər lenti
0