CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlər barədə məlumat verməyən aviadaşıyıcılar cərimə ediləcək

CC0 / StockSnap / AirplaneДевушка в самолете, фото из архива
Девушка в самолете, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnzibati Xətalar Məcəlləsinə iki maddə əlavə edilib

BAKI, 17 may - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliyə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, qanuna 295.6-cı və 295.7-ci maddələr əlavə edilir.

Əlavəyə görə, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və Azərbaycan ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair "Aviasiya haqqında" Qanunda nəzərdə tutulmuş məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gözlənilən qanun layihəsi birinci oxunuşda qəbul edilib

Daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və Azərbaycan ərazisini tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair "Aviasiya haqqında" Qanunda nəzərdə tutulmuş məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinin 295.6-cı və 295.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının Azərbaycan ərazisinə enəcək və Azərbaycan ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi ilə bağlı müəyyən etdiyi qayda qüvvəyə mindikdən sonra yaranacaq.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0