17:18 15 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Здание парламента Азербайджанской Республики

Milli Məclisdən Böyük Britaniyaya ittiham: "Hədələməklə heç nə edə bilməyəcəksiz"

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
2729 0 0

Siyavuş Novruzov: “Azərbaycanda Böyük Britaniya şirkətləri fəaliyyət göstərəndə, burda neft çıxaranda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur?”

BAKI, 17 may - Sputnik. “Bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalşırlar”. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Novruzov bildirib ki, həmin dairələr idmanı siyasətə qatırlar: “Necə olur, Azərbaycanda Böyük Britaniya şirkətləri fəaliyyət göstərəndə, burda neft çıxaranda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur? Sapı özümüzdən olan baltaların hərəsinə erməni lobbisi tərəfindən 5 manat verilib, Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salmağa çalışırlar”.

O qeyd edib ki, post-sovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci bir ölkə yoxdur: “Bu qədər görülən işləri qoyurlar bir kənara, başlayırlar qarayaxma kampaniyası aparmağa. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni vaxtda fəaliyyətə başlayırlar. Düyməni eyni yerdən sıxırlar. Bütün Azərbaycan cəmiyyəti Prezdentin siyasətini dəstəkləyir. Biz ölkəmizə qarşı çirkin kampaniya aparan həmin şəxslərə də, siyasətçilərə də cavab verməliyik. Siz bizi hədələməklə öz maraqlarınızı həyata keçirə bilməyəcəksiniz”.

Əlaqədar

“Arsenal” – “Qarabağ” oyununda bayraq təxribatı
"Arsenal" final matçının Bakıda keçirilməsindən narazılıq edib
“Arsenal” Mxitaryan müəmmasına aydınlıq gətirdi

Əsas mövzular