02:59 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
3089 0 0

Azərbaycan Premyer Liqasının budəfəki qalibi də bəlli oldu

BAKI, 5 may — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib. Sputnik Azərbaycan "Report"a istibadən xəbər verir ki, "Qarabağ", ümumilikdə 7-ci, ardıcıl isə 6-ci çempionluğunu qazanıb.

Ağdam təmsilçisi buna XXVII turda öz meydanında "Səbail"i 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42 və 69 və 87-ci dəqiqələrində fərqlənən Mahir Mədətov het-trikə imza atmış olub. 

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran "Qarabağ" çempionatın başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi "Neftçi" üçün əlçatmaz olub. "Neftçi" isə səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etməklə gümüş medallara sahib çıxıb.

İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017 və 2017/2018 mövsümlərinin ardından yenə rəqiblərini qabaqlayıb.Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.

Qeyd edək ki, indiyədək 8 komanda qızıl medallara sahib olub və "Qarabağ" çempionluq sayında yalnız "Neftçi"dən geri qalır. Bakılılar 8, Ağdam klubu 7 dəfə yarışın qalibi olubsa, "Kəpəz"in 3, "Şəmkir", "Keşlə" ("İnter" adlandığı vaxt) və "Bakı"nın hərəyə 2, "Turan"la "Xəzər Lənkəran"ın hərəyə 1 çempionluğu var.

Əsas mövzular