Keşikçidağ ətrafında sərhədçilərin sayı artıbmı - DSX aydınlıq gətirdi

© Facebook / Miho NeimanПещерный город Давид-Гареджи
Пещерный город Давид-Гареджи - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Sərhəd Xidmətinin mətbuat şöbəsinin baş zabiti Rövşən Cahangirov Sputnik Azərbaycan-a bildirib ki, söhbət Keşikçidağ zastavasından gedirsə, orada iki nəfər sərhədçi heç vaxt olmayıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən Keşikçidağ məbədi (David Qareci) ətrafında sərhəd xidmətçilərinin sayı artırılıb. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb - Sputnik Azərbaycan
Azərbaycan-Rusiya sərhədində nəzarət artırılıb

Xəbərdə qeyd edilib ki, Keşikçidağ məbədinin keşişinin sözlərinə görə, hazırda məbədi turistlərin ziyarət etməsi üçün heç bir problem yoxdur, amma Azərbaycan sərhədçilərinin yenidən məbədi bağlayacağı istisna edilmir. "Əvvəllər cəmi iki sərhədçi vardı. İndi isə 18-ə yaxındır" - keşiş bildirib.

Dövlət Sərhəd Xidmətinin mətbuat şöbəsinin baş zabiti Rövşən Cahangirov Sputnik Azərbaycan-a bildirib ki, söhbət Keşikçidağ zastavasından gedirsə, orada iki nəfər sərhədçi heç vaxt olmayıb və ola da bilməz: "Orada Keşikçidağ sərhəd zastavası var. Sərhəd zastavasının ən az 35-50 şəxsi heyəti olur. Bu səbəbdən də hansısa keşişin orada cəmi 18 nəfər görməsi məntiqə uyğun bir fikir deyil. Həmin ərazi sərhəd zastavasının ərazisidir. Orada 2 nəfər də, dörd nəfər də görmək olar. Orada müxtəlif xidmət növləri var. Onlar baxaraq, bizim əsgərin sayını çox görürsə, görsünlər".

Məbədin ziyarətçilərin üzünə bağlanacağı ehtimalına gəldikdə isə Cahangirov konkret cavab verməyib: "Ehtimallarla heç nə olmur. Əgər gələcəkdə bağlanacaqsa, bağlanacaq, bağlanmayacaqsa, bağlanmayacaq".

Xəbər lenti
0