04:10 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Çin Xalq Respublikasının Sədri Si Cinpin

Çin lideri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

© Fred Dufour/Pool via REUTERS
AZƏRBAYCAN
Qısa URL
55 0 0

Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib

BAKI, 24 aprel — Sputnik. Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirdi.

Sputnik Azərbaycan xəbər verir ki, o, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğuladı. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın “Vahid Çin” siyasətini ardıcıl surətdə dəstəklədiyini vurğuladı. Dövlətimizin başçısı Çinin bütün sahələrdə əldə etdiyi böyük uğurlarla bağlı təbriklərini çatdırdı.

Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu.

Əsas mövzular