05:21 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov

Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qərar verəcək

© REPORT
AZƏRBAYCAN
Qısa URL
32 0 0

“Bu iki mülki azərbaycanlının Ermənistanda girovluqda keçən hər günü işgəncə altında olan gün kimi hesab edilir”

BAKI, 10 aprel — Sputnik. “Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə çox vacib mövzu ilə bağlı panel iclas keçirildi. Tədbirdə Avropa Məhkəməsinin bəzi qərarları haqqında məlumat verdim, “Çıraqov və başqaları Ermənistana qarşı” işinə toxundum. Bu işlə bağlı Avropa Məhkəməsinin qərarında birmənalı olaraq göstərilib ki, Ermənistan işğal altındakı ərazilərdə olan vəziyyətə görə tam məsuliyyət daşıyır. Onun birbaşa iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev
© Photo : PUBLIC DOMAIN
Dilqəm Əsgərov və Şahbaz Quliyev

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclasında çıxış edən Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O qeyd edib ki, təkcə Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda, Ermənistan vətəndaşlarının da Ermənistana qarşı verdikləri şikayətlərlə bağlı qərarlarda bu ölkənin dövlət orqanlarının işğal altında olan ərazilərdə mövcudluğu, fəaliyyət göstərmələri müəyyən edilib. Ermənistan vətəndaşlarının verdikləri şikayətlər əsasında müəyyən edilib ki, bu ölkənin vətəndaşları işğal altında olan torpaqlarda hərbi xidmətdə olurlar.

2016-cı ilin Aprel döyüşlərindən sonra şikayətlərin əksəriyyəti Ermənistan vətəndaşları tərəfindən verilib və bu da bir daha göstərir ki, işğal olunmuş ərazilərdə Ermənistan vətəndaşları yaşayır. Bu, bir daha Ermənistanın torpaqlarımızı işğal etdiyini göstərir. Ermənistan daha deyə bilməz ki, hansısa separatçı respublika mövcuddur. Azərbaycan dövlətinin ərazilərinin işğalında Ermənistan birbaşa məsuliyyət daşıyır.

“Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı da Avropa Məhkəməsinə şikayət verilib. Məhkəmə tezliklə bu işlə əlaqədar qərar qəbul edəcək. Bu iki mülki azərbaycanlının Ermənistanda girovluqda keçən hər günü işgəncə altında olan gün kimi hesab edilir. Onların işi üzrə tezliklə qərar qəbul ediləcək”, - Ç.Əsgərov vurğulayıb.

Əsas mövzular