QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycandan Ermənistana sərt cavab: Ordumuz sülhə yox, müharibəyə hazırdır

© AR Ministry of DefenseAzərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb
Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir

BAKI, 8 aprel — Sputnik. "Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır".

Давид Тоноян. Заседание Правительства РА 09.03.2017 - Sputnik Azərbaycan
QARABAĞ
Yerevan müharibə ritorikasını dəyişir: "Azərbaycan öz ordusunu sülhə hazırlamalıdır"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən deyib.

"Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir. Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır" - o bildirib.

Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər: "İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır".

Xatırladaq ki, Tonoyan ölkəsinin müharibə istəmədiyini açıqlayıb: "Biz müharibə arzulamırıq, Azərbaycan rəhbərliyi isə öz ordusunu sülhə hazırlamalıdır".

Xəbər lenti
0