07:14 16 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Vaqif Abdullayevin kitabının təqdimat mərasimi

Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu

© Vaqif Abdullayev tərəfindən təqdim olunub
AZƏRBAYCAN
Qısa URL
33 0 0

Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin kitabının təqdimat mərasimi keçirilib

BAKI, 5 aprel — Sputnik. Aprelin 5-də Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış "Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak edib.

Atatürk Mərkəzinin direktoru, akademik, professor, əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək bildirib ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi Vaqif Abdullayevin müəllifi olduğu ""Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi "kitabı siyasi, ictimai, sosial sahəyə yeni elmi baxışın nümunəsi hesab edilə bilər. Alimin qələmə aldığı əsərdə siyasi, iqtisadi, sosial, humanitar proseslərin düzgün və obyektiv, fəlsəfi-analitik təhlilini görmək mümkündür.

  • Vaqif Abdullayevin kitabının təqdimat mərasimi
    Vaqif Abdullayevin kitabının təqdimat mərasimi
    © Vaqif Abdullayev tərəfindən təqdim olunub
  • Vaqif Abdullayevin kitabının təqdimat mərasimi
    Vaqif Abdullayevin kitabının təqdimat mərasimi
    © Vaqif Abdullayev tərəfindən təqdim olunub
  • Vaqif Abdullayevin kitabının təqdimat mərasimi
    Vaqif Abdullayevin kitabının təqdimat mərasimi
    © Vaqif Abdullayev tərəfindən təqdim olunub
1 / 3
© Vaqif Abdullayev tərəfindən təqdim olunub
Vaqif Abdullayevin kitabının təqdimat mərasimi

N.Cəfərov bildirib ki, Azərbaycan milli elitasının formalaşması prosesində Heydər Əliyevin müstəsna xidmətləri var: "Müəllif kitabda dərin elmi-fəlsəfi təhlillər əsasında elita məsələsini sosioloji-politoloji rakursdan, "millət-lider-elita" aspektindən işıqlandırılıb. Həm də sovet dövründə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə epoxaların ekstremallığına baxmayaraq, millətin varlığını qoruması və inamlı gələcəyə addımlamasında üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirib. Dövlət müstəqilliyinin bərpasından sonra elitanın formalaşma prosesi Yeni Azərbaycan Partiyasının bazasında yeni məzmun kəsb edib. Müəllif haqlı olaraq qeyd edir ki, milli elitanın əsas missiyası dövlət müstəqilliyini, mədəni-tarixi dəyərləri, cəmiyyətin milli identikliyini qoruyub saxlamaqdan ibarətdir. Lakin bütün bunlar yalnız o zaman mümkün ola bilər ki, milli elita öz xalqını dünyanın inkişaf mərhələsinə uyğun olan iqtisadi, sosial və hərbi-siyasi mövqelərlə təmin edə bilsin. Elitanın fəaliyyətinin əsas mənası öz amalını millət və dövlət qarşısında məsuliyyət kimi ifadə etməsidir".

Çıxış edən digər natiqlər - millət vəkilləri Musa Quliyev, Aqil Abbas, Çingiz Qənizadə, YAP Yasamal rayon təşkilatının sədri, Tağı Əhmədov, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz və başqaları kitabın nəşrini yüksək qiymətləndirib, müasir sosial-iqtisadi, ictimai-siyasi həyatımızda yeni məzmun, fəlsəfi baxışın sanballı nümunəsi kimi dəyərləndiriblər.

Mərasimdə kitabın müəllifi, professor Vaqif Abdullayev də çıxış edib, təqdimat mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirib, Ulu öndərin siyasi irsinin öyrənilməsində bu nəşrin faydalı olacağına inandığını vurğulayıb.

Əsas mövzular