CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə PA rəsmilərinin iştirakı ilə iclas keçirilir

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisdə insan hüquqları məsələləri üzrə birgə işçi qrupun iclası keçirilir

BAKI, 3 aprel - Sputnik. Milli Məclisdə insan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclası işçi qrupun həmsədri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov açaraq bir sıra məsələlərin müzakirə ediləcəyini deyib.

İclasda Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, və digər dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

İclas davam edir.

Xəbər lenti
0