İranlı turistlər Azərbaycanı bu səbəbdən tərk edirlər

© Photo : © AZALМеждународный аэропорт Гейдар Алиев с высоты птичьего полета
Международный аэропорт Гейдар Алиев с высоты птичьего полета - Sputnik Azərbaycan
Abunə olmaq
DTA: Azərbaycana İrandan gələn turistlərin sayı getdikcə azalır

BAKI, 3 aprel — Sputnik. Azərbaycana İrandan gələn turistlərin sayı azalıb. Bunu Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə bildirib.

O qeyd edib ki, bu proses 2018-ci ildən müşahidə edilir.

"Ötən il bu ölkədən Azərbaycanı ziyarət edən turistlərin sayı 33% azalıb. Bunun səbəbi İranın tətbiq etdiyi yeni vergilərdir. Bununla belə, İran hələ də Rusiya və Gürcüstandan sonra Azərbaycana ən çox turistin gəldiyi üçüncü ölkədir. Ümumilikdə, İranlı turistlərin sayı bütün dünya üzrə 50% azalıb" - deyə Quluzadə bildirib.

O, həmçinin qeyd edib ki, Novruz vaxtı qonşu ölkədən respublikamıza daha az turistin gələcəyi gözlənilən idi.

Qeyd edək ki, İran 4 aprel 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində açılacaq "AITF 2019" 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində milli stendlərlə debüt etmək niyyətindədir.

Xəbər lenti
0