08:50 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Bakı, arxiv şəkli

Azərbaycanda daha bir nümayəndəlik açılacaq

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
22 0 0

Müvafiq razılaşma Bakıda aprelin 1-i Azərbaycan prezidenti İlham Əliyev ilə Çeçenistan rəhbərinin müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovun görüşü zamanı əldə olunub

BAKI, 3 aprel — Sputnik. Rəsmi Bakı və Qroznı Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması barədə razılığa gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov "VKontakte" sosial şəbəkəsində yazıb.

Kadırovun sözlərinə görə, müvafiq razılaşma Bakıda aprelin 1-i Azərbaycan prezidenti İlham Əliyev ilə Çeçenistan rəhbərinin müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovun görüşü zamanı əldə olunub.

"Söhbət zamanı Azərbaycan və Rusiyanın regionu - Çeçenistan Respublikası arasında iqtisadi, mədəni, idman və humanitar əlaqələrin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı, eləcə də Bakıda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılığa gəlinib", - deyə Kadırov yazıb.

Çeçenistan rəhbəri vurğulayıb ki, A.Delimxanov daha əvvəl onun İlham Əliyevi Çeçenistana səfər etmək barədə dəvətini bir daha təsdiqləyib: "Buna cavab olaraq Azərbaycan rəhbəri bildirib ki, ilk imkandaca Qroznıya səfər edəcək".

Əlaqədar

"Azərbaycan və çeçen xalqları arasındakı qardaşlıq əlaqələrinə xələl gələ bilməz"
Azərbaycanlılarla çeçenlər arasında toqquşma ilə bağlı bəyanat verildi
Azərbaycanlılarla çeçenləri barışdıran Fuad Abbasova orden verildi
Azərbaycan və çeçen nümayəndələri Moskvada görüşdülər – FOTO

Əsas mövzular