Evlən mənimlə: Azərbaycanlı model amerikalılara evlənmək təklifi etdi – VİDEO

© Instagram / ruslanageeРуслана Джавадова
Руслана Джавадова - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı gənclər azərbaycanlı model və blogger Ruslana Cavadova ilə evlənməyə hazır olduqlarını bildiriblər

BAKI, 3 aprel — Sputnik. Amerikalı gənclər Ruslana Gee adı ilə məşhur olan azərbaycanlı model və blogger Ruslana Cavadova ilə evlənməyə hazır olduqlarını bildiriblər. Gənc model Amerikada küçədən keçən tanımadığı gənclərin qarşısını kəsərək onlara evlənmək təklif edib. Gənclərin bəziləri qızın bu təklifinə laqeyd qalmayıblar. Cavadova bütün bu prosesi videoya çəkərək onu YouTube sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Mən amerikalılarla rus dilində danışaraq onları "təkərə salmaq" istədim. Bu eksperimenti ilk dəfə idi ki, həyata keçirirdim. Lakin hər şey əla alındı" - deyə Cavadova bildirib.

Rəyi soruşulanların əksəriyyəti modellə evlənməyə hazır olduqlarını qeyd ediblər.

Ruslana Cavadova Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan L'Officiel Awards-ın illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı fashion-блогер" - mükafatlara layiq görülüb.

Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin bloggerlik fəaliyyətini davam etdirir.

Xəbər lenti
0