07:09 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

Azərbaycan Ordusunun ən yaxşı snayperləri müəyyənləşib - VİDEO

© AR Müdafiə Nazirliyinin mətbuat xidməti
AZƏRBAYCAN
Qısa URL
87 0 0

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar ediblər

BAKI, 1 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun hərbi hissələri arasında "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Nazirliyin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Yekun nəticələrə görə, qaliblər müəyyən olunub və mükafalandırılıb.

Əsas mövzular