08:50 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
  • Dəlyəniz vulkanı
© Sputnik / Irade JELIL
"Dəlyəniz" vulkanı

“Palçıqdan çıxa bilməsəm, nə edəcəyəm, telefon da çəkmir, heç kimə xəbər verə bilməyəcəm, gecəni burda qalsam, nə olar, görəsən?”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. "Dəlyəniz" vulkanı Bakıdan 65 kilometr cənub qərbdə, Ələt Stansiyasından 4.5 kilometr şimal-qərbdə, Daşgil palçıq vulkanın yaxınlığında yerləşir. Vulkanın adını eşitsəm də, axtarış məlumatlarında onun haqqında heç bir məlumat qarşıma çıxmamışdı. Bu səbəbdən vulkana gedib görmək, çəkib oxucuları da məlumatlandırmaq istəyirdim.

Qobustandakı palçıq vulkanı
© Sputnik / Tarana Khudabakshiyeva

Yolum uzaq olsa da, səyahətimin maraqlı keçəcəyini düşünürdüm. Elə düşündüyüm kimi də oldu. Qobustan qoruğundan yuxarı bir xeyli getdikdən sonra avtomobillərin getdiyi yolun izi itir. Hər tərəf yaşıl ot basıb. Yol boyu irəlilədikdə, ara-sıra qarşıma fermalar çıxırdı.

Ancaq məqsəd "Dəlyəniz" idi. Bir xeyli getdikdən sonra avtomobilim gil qarışıq palçıqlı ərazidə batdı. Telefonda da şəbəkə itmişdi. Avtomobili palçıqdan çıxarmağa çox cəhd etsəm də, alınmırdı.

Ağlıma bir çox fikir gəlirdi, avtomobilin mühərrikini söndürüb düşünməyə başladım: “Palçıqdan çıxa bilməsəm, nə edəcəyəm, telefon da çəkmir, heç kimə xəbər verə bilməyəcəm, gecəni burda qalsam, nə olar, görəsən?”.

Yarım saat sonra "bəlkə alındı" deyə yenidən avtomobili işə saldım. 7-8 cəhddən sonra palçıqdan qurtulduq. Maşını yaşıllıq ərazidə saxlayıb, vulkana qalxmağa başladım.

Həm maraqlı idi, həm də həyəcanlı. Bir qədər təngnəfəslik vardı, bir az da qorxu. 20 dəqiqəyə vulkana qalxdım. Dağa qalxandan sonra qarşımda gözəl bir mənzərə açıldı.

Günəşin şüaları vulkandan püskürən palçığın üzərinə düşdüyü üçün hər yer bozun çalarlarına qərq olmuşdu. Hava da bir az küləkli idi. Yarım saata qədər vulkanı gəzib müxtəlif şəkillər çəkdim.

Aşağı enmək isə o qədər də çətin olmadı. Ancaq bütün geyimlərim, ayaqqabım, avtomobilim gilli palçığa bulanmışdı.

Geri qayıdanda fermaların birində gözətçi qalan qadın məni kiçik daxmasına dəvət elədi. "Ay qızım, burdan gedəndə gördüm səni, demək istədim ki, çox getmə batarsan, sürüb getdin, 3-4 saatdır getmisən, narahat qalmışdım, gəl bir stəkan çay iç" – deyə səsləndi mənə. Ağlıma gəldi ki, bu yolu qayıtmasaydım, yəqin ki, Gülnar nənə mənim orada olduğumu kiməsə deyəcəkdi.

Şəkillərini çəkməyimə razı olmasa da, məni nehrə yağı, pendir, isti lavaş və kəklikotulu çaya  qonaq etdi. Dedi ki, bu fəsildə vulkanlara baxmağa çox adam gəlmir. Sağollaşıb yola düzəldim. Bu gözəlliyi görmək bütün çətinliklərə dəyərdi.

"Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun direktoru Ceyhun Paşayev Sputnik Azərbaycan-a vulkan haqqında danışarkən bildirdi ki, "Dəlyəniz" maraqlı palçıq vulkanlarından biri hesab edilir: "Bu vulkan qaz və bulanıq su xaric edir. Sülb tullantıları azlıq təşkil edir".

"Xüsusilə də qərbə doğru yerləşən 3 metrə yaxın diametri olan iri Babadağ sopkası (başı kəsik konus) bolluca bulanıq su ilə tanınır. Bu sopkada daim güclü qaz ayrılması baş verir" - direktor vurğuladı.

“Vulkan məhsulları yarğanlar vasitəsilə şərqə doğru istiqamətlənir. Əgər fikir verilərsə, krater ətrafında olduqca zəif bitki örtüyü var. Bu da bu vulkanın son illərə qədər aktiv olmasının göstəricisidir. Yəni xaric olan vulkan məhsulları bitkilərin vegetasiyasına macal vermir" – deyə o, qeyd etdi.

Xüsusilə qeyd edək ki, "Dəlyəniz" Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, yaxın zamanlarda qoruğun ərazisinə daxil ediləcək. Ətrafında yaşayış məntəqələri olmadığı üçün təhlükəli xarakterli deyil.

Əlaqədar

Daşgil vulkanı Sputnik Azərbaycan-ın obyektivində
Daha bir riskli gözlənti: Zəlzələ palçıq vulkanlarını aktivləşdirir
Şamaxıda vulkan püskürməsi evlərə ziyan vurub
Şamaxıda yenidən vulkan püskürüb
Teqlər:
yol, avtomobil, palçıq, vulkan

Digər fotolentlər

Əsas mövzular