Tovuzda iki ədəd mərmi tapılıb

© Photo : ANAMABakıda top mərmisi tapılıb
Bakıda top mərmisi tapılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

BAKI, 20 mart - Sputnik. 2019-cu il 20 Mart tarixində ″102″ Xidməti-Zəng mərkəzi sistemi vasitəsi ilə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Əlibəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. 

Sputnik Azərbaycan-ın Agentliyə istinadən yaydığı xəbərinə görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə çay kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 85 mm-lik top mərmisi (OF-350K) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti
0