19:36 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Министр финансов Самир Шарифов

Borcalanların əvəzinə krediti ödəmiş zaminlərin məsələsinə də baxıla bilər

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
42 0 0

"Ola bilsin ki, hansısa borcalan müəyyən səbəblərə görə kredit öhdəliyini yerinə yetirmək iqtidarında olmayıb"

BAKI, 2 mart - Sputnik. Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzalanmış fərmandan zaminlər də yararlana bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-də deyib.

"Ola bilsin ki, hansısa borcalan müəyyən səbəblərə görə kredit öhdəliyini yerinə yetirmək iqtidarında olmayıb. Bu zaman pul ona zamin durmuş şəxsdən tutulub. Yəni, zaminin orda əmanəti və yaxud maaş kartı olub, borc avtomobil ondan çıxılıb. Fərmanda yazılıb ki, kompensasiya borcalana ödənilir. Lakin pulu banka onun əvəzinə zamin ödəyibsə, bu zaman borcalana qarşı tələb yaranır. Hesab edirəm ki, borclanlarla zaminlərin münasibətlərinə yenidən baxmaq ehtiyacı yaranır və fərdi qaydada zaminlər məsələsinə baxıla bilər, bu məsələ ilə məşğul ola bilərik", - deyə nazir qeyd edib.

Əsas mövzular