QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Tonoyanın hücumdan anlayışı yoxdur

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: David Tonoyan müdafiə və hücumun nədən ibarət olduğunu bilmir

BAKI, 26 fevral - Sputnik. Ermənistanın müdafiə naziri David Tonoyan ictimai televiziya vasitəsilə çıxış edərək ölkəsinin öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur. 

"2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonoyan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötüb-keçmək, hətta Silahlı Qüvvələrimizlə heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur", - deyə Nazirlikdən qeyd edilib.

Xəbər lenti
0