20:02 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Xəzər dənizi

Azərbaycan ordusu ən güclü ordulardan biridir - Rusiyalı hərbi ekspert

© Sputnik / Olga Golovko
AZƏRBAYCAN
Qısa URL
123 0 0

"Bu gün Azərbaycan ordusu dünyanın ən aparıcı, effektiv, döyüş qabiliyyəti yüksək olan ordulardan biridir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Bu gün bütün dünyada hərbi təhdidlərin sayı artır. Xəzər dənizi hövzəsinin sülh və təhlükəsizlik zonası olaraq qalması olduqca önəmlidir. Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin liderləri tərəfindın imzalanan Konvensiya bu regionda hərbi-siyasi konfliktlərin olmaması şansını verir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dünyada silah alverinin analizi mərkəzinin direktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

"Bu gün Azərbaycan ordusu dünyanın ən aparıcı, effektiv, döyüş qabiliyyəti yüksək olan ordulardan biridir.

Azərbaycanın hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın əhəmiyyətli müttəfiqidir. Bir neçə il əvvəl Rusiya Azərbaycana 5 milyard dollar həcmində silah sursat satıb. Bizim Azərbaycanla hərbi-texniki sahəsində əməkdaşlığımız heç bir ölkəyə qarşı yönəlməyib", - deyə Korotçenko vurğulayıb.

Ekspert bundan sonra da Rusiya – Azərbaycan arasında hərbi-texniki sahədə təmasların, əməkdaşlığın inkişaf edəcək: "Bizim hədəfimiz, regionda təhlükəsizliyi öz güclərimiz hesabına təmin etməliyik. Xəzər regionunda ABŞ, Böyük Britaniya, NATO güclərinin qoşunları yerləşdirilməməlidir. Xəzəryanı ölkələr bu regionda sülh və təhlükəsizliyi təmin etmək gücünə və potensialına malikdir".

Əsas mövzular