CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yol qəzası: Sərnişin avtobusun altına düşüb

© Sputnik / Anar MustafayevСтарый автобус в Баку, фото из архива
Старый автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində bir sərnişin dayanacaqda dayanmış avtobusun altına düşüb.

BAKI, 24 fevral - Sputnik. Bu gün Bakıda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində bir sərnişin dayanacaqda dayanmış avtobusun altına düşüb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dayanacaqda dayanmış avtobusun altına düşən 1 nəfər piyadanın xilas olunması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb.
Vətəndaş Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Hələlik qəza şəraiti və sərnişinin şəxsiyyəti müəyyən edilməyib. 

Xəbər lenti
0