SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: "Nə ermənilər köçüb gedəcək, nə də biz"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi, arxiv şəkli
Xankəndi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Novruzov qeyd edib ki, tarixdə 1905-ci, 1918-ci illərdə də bu proses olub, lakin sonra münasibətlər bərpa olunub

BAKI, 6 fevral — Sputnik. "Nə onlar köçüb gedəcək, nə də biz. Əvvəl-axır bu proses olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yap.org.az saytına müsahibəsində Azərbaycan və Ermənistan xalqlarının sülhə hazır olub-olmaması barədə suala cavabında bildirib.

Novruzov qeyd edib ki, tarixdə 1905-ci, 1918-ci illərdə də bu proses olub, lakin sonra münasibətlər bərpa olunub: "Məsələ ondadır ki, ehtiyatımızı əldən verməməliyik. Bilirik ki, qonşumuz kimdir".

"Birgə yaşayışı təsəvvür edirsiniz" sualına gəlincə, S.Novruzov cavab verib: "Qonşudur da, tamamilə köçüb getməyəcək ki. Burada yaşayacaqlar, tədricən ərazilər tam bərpa olunduqdan, qarşılıqlı etimad yarandıqdan sonra münasibətlər illərlə düzələcək. Yaralarımız sağalana qədər çətin olacaq".

Xəbər lenti
0