CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaq zorakılığına görə üç mindən artıq müraciət daxil olub

CC0 / Sasin Tipchai / Mother & daughterQızı ilə gəzən ana, arxiv şəkli
Qızı ilə gəzən ana, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir

BAKI, 24 yanvar — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı dəyirmi masa keçirib. Sputnik Azərbaycan-a ÜST-dən daxil olan xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və BMT agentliklərinin nümayəndələri iştirak edib.

Qeyd olunub ki, Azərbaycan Uşaq Qaynar Xəttinin ötən ilin yekunları ilə bağlı hesabatına görə 2018-ci il ərzində quruma uşaq zorakılığı ilə bağlı 3581 müraciət daxil olub.

ÜST-ün açıqladığı rəqəmlərə görə, ötən ildə dünyada 2-17 yaş arası bir milyarda yaxın uşağın fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qaldığını bildirilir. Qeyd olunub ki, uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir.

Bundan başqa tədbir çərçivəsində Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə olan gündəliyinin icrası təsdiqlənib.

Qeyd edək ki, həmin gündəliyin 16.2 hədəfi uşaqların istismarı, alveri, onlara qarşı hər cür zorakılığa və işgəncəyə son verməyi nəzərdə tutur.

 

Xəbər lenti
0