Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

© TeleqrafНаджмеддин Садыков
Наджмеддин Садыков - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir yanvarın 15-16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək

BAKI, 15 yanvar — Sputnik. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir yanvarın 15-16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Xəbər lenti
0