05:56 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Əlil avtomobili, arxiv şəkil

İki yüz altmış beş nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub

© Sputnik / Anar Mustafayev
AZƏRBAYCAN
Qısa URL
32 0 0

Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması məqsədilə 20 milyon manat vəsait ayrılıb

BAKI, 26 dekabr - Sputnik. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması məqsədilə 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla, 626 mənzilin təqdim edilməsinə imkan verib”. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr edilmiş elmi-praktiki konfransda məlumat verib.

S.Babayev, həmçinin qeyd edib ki, bu il daha 265 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub.

Nazir onu da vurğulayıb ki, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunmasını nəzərdə tutan 19 aprel 2018-ci il tarixli Fərman isə dövlət başçısının hümanist təşəbbüsünün nəticəsi və şəhid ailələrinə xüsusi qayğısının davamıdır: “9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 3 min nəfərinin 4 min vərəsəsinə həmin ödənişlərin verilməsi prosesi həyata keçirilir”.

Əlaqədar

Qarabağ əlili avtomobilini niyə yandırdı - təfərrüatlar bizdə
Qarabağ əlilləri üçün tikilmiş binada yanğın olub
Qarabağ əlilləri üçün yüksək vəzifə təklif olunur
Teqlər:
əlil, Qarabağ, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahil Babayev

Əsas mövzular