Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb

© AR Ministry of DefenseAzərbaycan Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb
Azərbaycan Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub

BAKI, 19 dekabr — Sputnik. 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyədə səfərdə olan Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

© AR Ministry of DefenseAzərbaycan Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb
Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb - Sputnik Azərbaycan
Azərbaycan Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb

General-leytenant K.Vəliyev Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun salamlarını Türkiyə Baş Qərargahının rəisi ordu generalı Y.Gülərə çatdırıb və səmimi qəbula görə ona təşəkkürünü bildirib.

Xəbər lenti
0