18:21 17 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9350
Milli Məclisin iclası, arxiv şəkli

Azərbaycan ilə Rusiya arasında sənədlər təsdiq edildi

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
23 0 0

Parlamentdə Azərbaycan ilə Rusiya arasında iki sənəd təsdiq edilib

BAKI, 18 dekabr-Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan ilə Rusiya arasında iki sənəd müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.

Millət vəkilləri Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf etdiyini, bu sənədlərin iki ölkə arasında münasibətlərin inkşafına mühüm töhfə verəcəyini söyləyiblər. Parlament sədri Oqtay Əsədov bildirib ki, bu sənədlər Azərbaycan ilə Rusiya arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əsas mövzular