05:43 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Fəzail Ağamalı, millət vəkili

“Sosial şəbəkələrdə Azərbaycana qarşı böhtan dolu fikirlər yer alır”

© Photo: TREND
AZƏRBAYCAN
Qısa URL
91 0 0

Fəzail Ağamalı: “Son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır”

BAKI, 18 dekabr - Sputnik. “Son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır. Bu, həm Avropada yerləşən anti-Azərbaycan qüvvələri tərəfindən, eyni zamanda, ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir”.

Sputnik Azərbaycan xəbər  verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı, ayrı-ayrı məmurlar, deputatlar, ziyalılar, vətənpərvər qüvvələr, xüsusən müqəddəs olan şəhidlərimiz belə təhqir olunur: “Əlbəttə bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”.

Əsas mövzular