Prezident hərbçiləri sevindirdi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşüb

BAKI, 18 dekabr - Sputnik. Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, açılış mərasimində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport veriblər. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Sergey Lavrovu qəbul etdi

Dövlətimizin başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0