Azərbaycanlı nazir iranlı komandanla görüşüb

© AR Ministry of DefenseAzərbaycanın Müdafiə naziri İranın Sərhəd Qoşunları komandanı ilə görüşüb
Azərbaycanın Müdafiə naziri İranın Sərhəd Qoşunları komandanı ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın müdafiə naziri İranın Sərhəd Qoşunları komandanını qəbul edib

BAKI, 11 dekabr — Sputnik. Dekabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə ciddi təhdid təşkil etdiyini qonaqların diqqətinə çatdırıb.

Dövlətlərimiz arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Q.Rzayi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0