Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub

Abunə olmaq
Bu gün Umayra Tağıyeva Departamentin kollektivinə təqdim edilib

BAKI, 10 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub. Bu barədə Sputnik Azərbacan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ekologiya və təbii sərvətlər nazirinin 10 dekabr 2018-ci il tarixli əmri ilə Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Bu gün Umayra Tağıyeva Departamentin kollektivinə təqdim edilib.

Xəbər lenti
0