20:36 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Человек в балаклаве, архивное фото

Azərbaycanda terrorçularla bağlı mühüm qərar

© Sputnik / Grigory Sysoyev
AZƏRBAYCAN
Qısa URL
47 0 0

Terrorçuların cənazələri verilmir və dəfn yeri açıqlanmır

BAKI, 7 dekabr — Sputnik. Ayrı-ayrı kateqoriyadan olan şəxslərin dəfninin xüsusiyyətləri təsdiq edilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov tərəfindən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" nın təsdiq edilməsi barədə verilən qərarda qeyd edilib.

Qərara görə, kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr tərəfindən həyata keçirilir. Terrorçuların cənazələri verilmir və dəfn yeri açıqlanmır. 

Azadlıqdan məhrumetmə yerlərində və ya sosial xidmət müəssisələrində ölən şəxslərin cənazəsi bu Qaydaların tələbləri gözlənilməklə, onların qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, azadlıqdan məhrumetmə yerinin rəisi və ya sosial xidmət müəssisəsinin müdiriyyəti cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.

Tibb müəssisəsində ölmüş şəxsin meyitinin məhkəmə tibb və ya patoloji anatomik müayinəsi üçün göstəriş olmadıqda, cənazə həmin tibb müəssisəsi tərəfindən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onu dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, tibb müəssisəsi cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.

Əlaqədar

OPEC+ tarixi qərar verməyə hazırlaşır, neftin qiyməti kəskin artacaq
İran radikal qərar qəbul edib
Qəbirstanlıqlarla bağlı yeni qərar verildi
Teqlər:
qəbir, qəbiristanlıq, terrorçu

Əsas mövzular