Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Amerika şirkətlərinin Azərbaycanı tərk etməsi məsələsinə aydınlıq gətirildi

© AFP 2023 / Paul ELLISBP, arxiv şəkli
BP, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Harri Cons: BP şirkəti operator olaraq Azərbaycandakı layihələrin həyata keçirilməsindən məmnundur

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. BP Azərbaycan şirkəti Amerika şirkətindən "Azəri-Çıraq-Günəşli" (AÇQ-"Əsrin müqaviləsi") yatağının işlənməsini dayandırdığı barədə rəsmi olaraq heç bir bildiriş almayıb və KİV-də bu barədə yayılan müxtəlif məlumatları şərh etmir.

Bunu Sputnik Azərbaycan-a BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons Amerikanın Chevron və ExxonMobil şirkətlərinin onlara Azərbaycanda fəaliyyətlərini dayandırdıqları barədə müraciət edib-etmədiklərinə dair sualı cavablandırarkən deyib.

AÇG-nin işlənməsi ilə bağlı bugünkü vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirən Cons deyib ki, BP şirkəti operator olaraq Azərbaycandakı layihələrin həyata keçirilməsindən məmnundur.

Donald Tramp - Sputnik Azərbaycan
Neft naziri əsəbiləşdi: "Bizə Trampın razılığı lazım deyil"

"Cari ildə biz AÇG-də hasilat göstəricilərini yaxşılaşdırmışıq. Bu, yüksək gəlirli layihələrdən biridir. Şirkət AÇG və Şahdəniz yatağı ilə bağlı layihələri uğurla həyata keçirir" - deyə Cons bildirib.

Bununla yanaşı, o qeyd edib ki, 2019-cu ilin birinci rübündə AÇG üzrə yeni bir platformanın inşaatına dair yekun qərar veriləcək.

ARDNŞ-in (SOCAR) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov da öz növbəsində Sputnik Azərbaycan-a bildirib ki, onlara Chevron və ExxonMobil şirkətlərindən Azərbaycanı tərk etdikləri barədə hər hansı rəsmi məlumat daxil olmayıb. KİV-də bu barədə yayılan məlumatları şərh etmək istəməyən Əhmədov, bununla əlaqədar Amerikanın sözügedən neft şirkətlərinə müraciət etməyi tövsiyə edib.

Bununla yanaşı, Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, ölkədən getməklə bağlı məlumatlar AÇG-nin işlənməsinin effektivliyi ilə bağlı hansısa şübhələrlə və yaxud layihədə Amerika şirkətlərinin payının maliyyələşməsi problemi ilə əlaqədar ola bilməz.

"İş ondadır ki, aparıcı Amerika şirkətləri AÇG-dəki öz passiv rollarından məmnun deyillər və yeni layihələrdə özləri operator olmağı arzulayırlar" - Şaban deyib.

Добыча нефти на Каспии, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dekabr neft qiymətləri üçün həlledici ay ola bilər

Sputnik Azərbaycan-ın sorğusuna cavab verən neft sektorunun ekspertləri bildiriblər ki, Amerika şirkətləri ilə bağlı məlumatların əksəriyyəti ABŞ prezidenti Donald Trampın milli iqtisadiyyatı canlandırmaq üçün invertisiyaları Amerika iqtisadiyyatına qaytarmaqla bağlı siyasəti kontekstində qəbul edilir.

"Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi ilə bağlı müqavilə 20 sentyabr 1994-cü ildə imzalanıb və 30 il ərzində "Əsrin müqaviləsi" adlanıb.

Azərbaycan hökuməti 14 sentyabr 2017-ci ildə AÇG üzrə tərəfdaşları ilə 2050-ci ilə qədər yeni müqavilə imzalayıb. Bu müqaviləyə görə, ABƏŞ-də pay bölgüsü belədir: BP - 30,37%, SOCAR - 25,00%, Chevron - 9,57%, Inpex - 9,31%, Equinor - 7,27%, ExxonMobil - 6,79%, TPAO - 5,73%, Itochu - 3,65% və ONGC Videsh Ltd. (OVL) - 2,31%.

AÇG yatağının işlənməsinə dair müqavilə imzalanandan sonrakı 32 il ərzində şirkətlər layihəyə 40 milyard dollardan artıq sərmayə yatırmaq niyyətindədir.

Xəbər lenti
0