CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik fermerlərə güzəşt edəcək

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
Mineral gübrələrin qiymətinə güzəştlər tətbiq ediləcək

BAKI, 23 noyabr — Sputnik. Mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsi üzrə Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib. Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev keçirdiyi mətbuat konfransında subsidiyaların ödənilməsinə dair qərarın qəbul edilərək Maliyyə Nazirliyinə göndərildiyini bildirib. Onun sözlərinə görə, bu günə qədər mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştlə bağlı "Aqrolizinq" və özəl şirkətlərə ümumilikdə 102 milyon manatdan çox subsidiya ödənilib. "Qəbul edilən qərar görə, "Aqrolizinq" ASC-yə ödənilməli olan vəsait 25 faiz, özəl şirkətlərə 51 faiz ödəniləcək.

Nazir müavini bildirib ki, əvvəllər ölkədə mineral gübrələrə tələbat o qədər də çox olmayıb: "Aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində fermerlər əkin prosesində şumaltı və qidalandırıcı gübrələrdən geniş istifadə etməyə başlayıblar ki, bu da mineral gübrələrə olan tələbatı artırıb". 

Оплата покупки на POS-терминале - Sputnik Azərbaycan
Fermerlərin gözlədiyi xəbər verildi

Arıçılara subsidiyaların verilməsi ilə bağlı prosesin gedişatı haqqında məlumat verən İ.Quliyev qeyd edib ki, hazırda arı ailələrinin qeydiyyatı prosesi davam edir: "Hazırda arıçılar Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edərək arı ailələrini qeydiyyatdan keçirirlər. Bu prosesdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığa böyük önəm veririk. Dünən assosiasiyanın İdarə Heyətinin üzvləri ilə görüşdüm. Hesab edirəm ki, subsidiyaların verilməsi ilin sonuna kimi tam şəkildə başa çatdırılacaq".

Xəbər lenti
0