CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət başçısı hökumətə tapşırıq verdi

Abunə olmaq
Prezident İlham Əliyev bir sıra fərmanlara imza atıb

BAKI, 21 noyabr - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

"Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun oktyabrın 30-da təsdiqlənib. Dəyişikliklər əsasən diplomatik pasportun verilmə qaydalarına aiddir. 

Xəbər lenti
0