15:18 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Müdafiə naziri general-polkovnik Zakir Həsənov

Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
12 0 0

Onlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcəklər

BAKI, 20 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana gələcək. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcəklər. Üçtərəfli görüş noyabrın 21-də Bakıda keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Əlaqədar

Zakir Həsənov plan təsdiqlədi, tanklarımız hərəkətə keçir - VİDEO
Zakir Həsənov Minsk qrupunun həmsədrləri ilə görüşüb
Zakir Həsənov müdafiə şirkətlərinin rəhbərləri ilə görüşüb
Zakir Həsənov başsağlığı verdi
Teqlər:
görüş, Zakir Həsənov

Əsas mövzular