CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL bu dəfə də Küveytə aparacaq

© Photo : AZALСамолет AZAL
Самолет AZAL - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək

BAKI, 19 noyabr — Sputnik. Cari ilin 22 dekabr tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək. Sputnik Azərbaycan-a AZAL-dan daxil olan məlumata görə, J2-119/J2-120  reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri reallaşacaq. Bu reyslər ekonom sinif və komfort-klub  konfiqurasiyalı  Airbus A319 tipli təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq.

Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter  proqramı əsasında həyata keçirilirdi.

Xəbər lenti
0