15:56 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Siyavuş Novruzov

Daha bir deputat öz əməkhaqlarının artırılmasını tələb edir

© Photo: APA
AZƏRBAYCAN
Qısa URL
150 0 0

Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılması təklif edilib

BAKI, 15 noyabr-Sputnik. "Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq, parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: "Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad halda gəlir. Bu baxımdan, xarici dilləri bilən mütəxəssislər yığışıb, buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər". 

Boş deputat oturacaqları
© Sputnik / Murad Orujov

Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S.Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini dilə gətirib: "Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa, ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir"

Deputat çıxışı zamanı Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsaitin artırılmasını da təklif edib: “Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqları artırımalıdır. Çünki, onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsi ilə məşğul olurlar. Bu baxımdan, bu sahəyə ayrılan vəsait artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər" .

Qeyd edək ki, bundan öncə deputat Qüdrət Həsənquliyev də millət vəkillərinin əmək haqlarının artırılması ilə bağlı təklif irəli sürmüşdü.

Əlaqədar

Milli Məclis üzvləri üçün yeni qadağalar gəlir
Milli Məclis üzvündən sensasion təklif
Milli Məclis ilk oxunuşda qərarını verdi, diqqətlər 23 noyabra yönəlib
Milli Məclis yekun iclasını keçirir
Milli Məclis gözlənilən ciddi dəyişikliklərin müzakirəsinə başladı
Teqlər:
Milli Məclis

Əsas mövzular