Sabahın hava proqnozu

Abunə olmaq
Gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var

BAKI, 9 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

Bakıya yağan yağış nəticəsində yaranan tıxac - Sputnik Azərbaycan
Yağış Bakının mərkəzi küçələrində hərəkəti "iflic etdi"

Səhər saatlarında zəif duman olacaq, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 16-18° isti, Bakıda gecə 7-9°, gündüz 16-18° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında noyabrın 10-da hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti təşkil edəcək.

Xəbər lenti
0