08:52 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezidentin fərmanı ilə Azərbaycanda yeni agentlik yaradılır

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
78 0 0

Azərbaycanda İnnovasiyalar Agentliyi yaradılır

BAKI, 6 noyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında fərman imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanla  Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi (bundan sonra — Agentlik) yaradılıb. 

Həmçinin müəyyən edilib ki, Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Nazirliyin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcəklər.

Əlaqədar

İlham Əliyev cəmiyyətin gözlədiyi sərəncamı verdi
Nazirliyin əməkdaşları ilə bağlı sərəncam imzalandı
Prezidentin sərəncamının icrası təmin edildi, 15 rayonda yer adları dəyişdi
Azərbaycanda yeni Milli Park yaradılır, sərəncam verildi

Əsas mövzular