CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəzifəli şəxs cəzalandırılıb

© © ETSN-nin mətbuat xidmətiGədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi
Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib

BAKI, 30 oktyabr - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə atıldığı aşkar edilib.

© © ETSN-nin mətbuat xidmətiGədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi – əvvəl
Vəzifəli şəxs cəzalandırılıb - Sputnik Azərbaycan
Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi – əvvəl

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub. 

Tullantıların ərazidən təmizlənməsi və poliqonun hasara alınması məqsədilə kombinatın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatı tərəfindən ərazi tullantılardan təmizlənib və poliqonun ətrafının metal torla hasarlanması istiqamətində işlərə başlanılıb.

© Photo : ETSN-nin mətbuat xidmətiGədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi – sonra
Vəzifəli şəxs cəzalandırılıb - Sputnik Azərbaycan
Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi – sonra
Xəbər lenti
0