05:30 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrıldı

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
61 0 0

Şəki Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

BAKI, 29 oktyabr — Sputnik. Prezident İlham Əliyev Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Sərəncamda qeyd olunur ki, ölkəmizin qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edir. Son illərdə Şəkidə sosialyönümlü bir sıra layihələr həyata keçirilib, o cümlədən “ASAN Həyat” Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Bayraq Muzeyi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli Uşaq Evi, əlil və şəhid ailələri üçün ümumilikdə 114 mənzilli 4 yaşayış binası inşa edilib, Olimpiya İdman Kompleksi, Şəki Dövlət Dram Teatrının binası yenidən qurulub, “Aşağı Karvansaray” Kompleksi, “Şəkixanovların evi”, M.F.Axundzadənin ev-muzeyi bərpa olunub, ən müasir tələblərə cavab verən yeni turizm obyektləri, 29 yeni ümumtəhsil məktəbi istifadəyə verilib. Bundan başqa, rayonun yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, ümumi gücü 87,6 MVt olan modul tipli elektrik stansiyası tikilib, iri emal və istehsal müəssisələri yaradılıb, 21 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Əsas mövzular