CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın nüfuzlu qurumlar yanında yeni təmsilçiləri məlum oldu

© Photo : Ludovic Marin / Pool via REUTERSNATO
NATO - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın NATO və Avropa Şurası yanında nümayəndəliklərinə başçılar təyin edilib

BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaya Məmmədovun Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Qaya Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib. Emin Yaqub oğlu Eyyubov isə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Emin Eyyubov baş nazirin birinci müavini Yaqub Eyyubovun oğludur.

Xəbər lenti
0