Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan
Heydər Əliyev ili

On beş il İlham Əliyevlə

Abunə olmaq
Bu gün İlham Heydər oğlu Əliyevin ilk dəfə prezident seçilməsindən 15 il ötür

BAKI, 15 oktyabr — Sputnik. Bu gün İlham Heydər oğlu Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür. O, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

VII съезд азербайджанских журналистов - Sputnik Azərbaycan
Əli Həsənov: "İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca zirvələrə aparacaq"

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. Bununla da o, atası, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev irsinin layiqli davamçısı olaraq Azərbaycana rəhbərlik etməyə başlayıb. O, ulu öndərin ölkədə əsasını qoyduğu islahatları və onun hakimiyyət kursunu ləyaqətlə davam etdirib. Bu səbəbdən də 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanıb və ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti olub. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərində danışır. Evlidir, üç övladı və beş nəvəsi var.

Bir çox ölkələrin fəxri ordenləri ilə təltif edilib, bir sıra dünya şöhrətli universitetlərin fəxri doktorudur. Dünya idman ictimaiyyəti arasında böyük nüfuzu olan Azərbaycan Prezidenti bir çox beynəlxalq idman təşkilatlarının mükafatlarına layiq görülüb.

Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub. Azərbaycan bir sıra beynəlxalq enerji layihələrinin memarına çevrilib. Azərbaycan öz təşəbbüsləri və layihələri ilə Avropanın enerji xəritəsini dəyişib. Bundan əlavə, qeyri-neft sektorunda da önəmli beynəlxalq layihələrə imza atılıb.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
İlham Əliyev köçkün adından istifadə edənlərə: "Bunu edənlərin vicdanı, imanı yoxdur"

Onun hakimiyyəti dövründə Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə, eləcə də idman yarışlarına ev sahibliyi edib. Azərbaycan ordusu regionun ən güclü ordularından birinə çevrilib. Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. İlham Əliyevin hərtərəfli inkişaf strategiyası regionların simasını tanınmaz dərəcədə dəyişdirib.

İlham Əliyevin imza atdığı strateji layihələr Azərbaycanı uğurlu gələcəyə doğru inamla aparmaqdadır. Onun rəhbərliyi altında Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi faktını bütün dünyaya qəbul etdirə bilib. Onun ərazilərimizin işğalı ilə barışmamaq siyasəti, sülh danışıqlarını qətiyyətlə davam etdirməsi və buna paralel olaraq da, silahlı qüvvələrimizi, ölkənin hərbi-sənaye kompleksini gücləndirilməsi, əhali arasında ona olan inamı daha da artırır.

Vətəndaşlara keyfiyyətli xidmət göstərən sosial institutların yaradılması, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində görülən işlər danılmazdır. Prezidentin təşəbbüsü ilə "ASAN xidmət" mərkəzləri yaradıldı, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu.

Təsadüfi deyil ki, Azərbaycan brendi olan "ASAN xidmət" dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Son 15 ildə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib.

Onun 15 ildə ölkədə gördüyü müsbət işlər sadalamaqla bitməz. Xalq ilk gündə olduğu kimi 15 ildən sonra da İlham Əliyevin bu siyasətinin uğurla davam edəcəyinə inanır.

Xəbər lenti
0