Hökumət Dövlət Komitəsi ilə bağlı yeni qərara imza atdı

Abunə olmaq
Diasporla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

BAKI, 10 oktyabr — Sputnik. Nazirlər Kabineti Diasporla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” ölkə prezidentinin 2018-ci il 6 iyul tarixli Fərmanının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq olunub.  

Xəbər lenti
0